 |
| إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا {١} |
1. Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; |
| وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا {٢} |
2. Yer öz yükünü çıxardıb atacağı zaman; |
| وَقَالَ الْإِنْسَانُ مَا لَهَا {٣} |
3. İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" - deyəcəyi zaman - |
| يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا {٤} |
4. Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir - |
| بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا {٥} |
5. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! |
| يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ {٦} |
6. O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar). |
| فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ {٧} |
7. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). |
| وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ {٨} |
8. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). |
 |