سورةالبلد {٩٠} 90. AL-BALAD
لَا أُقْسِمُ بِهَٰذَا الْبَلَدِ {١} 1. And içirəm bu şəhərə (Məkkəyə)!
وَأَنْتَ حِلٌّ بِهَٰذَا الْبَلَدِ {٢} 2. Sən də o şəhərin sakinisən.
وَوَالِدٍ وَمَا وَلَدَ {٣} 3. And olsun valideynə və onun törəməsinə!
لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي كَبَدٍ {٤} 4. Biz insanı çətinlik içində xəlq etdik.
أَيَحْسَبُ أَنْ لَنْ يَقْدِرَ عَلَيْهِ أَحَدٌ {٥} 5. O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?
يَقُولُ أَهْلَكْتُ مَالًا لُبَدًا {٦} 6. O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
أَيَحْسَبُ أَنْ لَمْ يَرَهُ أَحَدٌ {٧} 7. O, heç kəsin onu görməyəcəyinimi zənn edir?
أَلَمْ نَجْعَلْ لَهُ عَيْنَيْنِ {٨} 8. Məgər ona iki gözü Biz verməmişikmi?
وَلِسَانًا وَشَفَتَيْنِ {٩} 9. Bir dillə iki dodaq verməmişikmi?
وَهَدَيْنَاهُ النَّجْدَيْنِ {١٠} 10. Onu iki yoxuşlu yola yönəltmədikmi?
فَلَا اقْتَحَمَ الْعَقَبَةَ {١١} 11. O isə sərt yoxuşu aşmağa can atmadı.
وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ {١٢} 12. Sən nə bilirsən ki, sərt yoxuş nədir?
فَكُّ رَقَبَةٍ {١٣} 13. O, bir kölə azad etməkdir
أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ {١٤} 14. və ya aclıq günündə möhtaca yemək verməkdir –
يَتِيمًا ذَا مَقْرَبَةٍ {١٥} 15. qohumluq əlaqəsi çatan bir yetimə,
أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ {١٦} 16. yaxud aclıqdan yerə uzanmış kasıba!
ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ {١٧} 17. Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
أُولَٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ {١٨} 18. Onlar sağ tərəf sahibləridir.
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ {١٩} 19. Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.
عَلَيْهِمْ نَارٌ مُؤْصَدَةٌ {٢٠} 20. Od onların üzərində qapanacaqdır.
Al-Qur'an Today @2006