سورةالفجر {٨٩} 89. AL-FAJR
وَالْفَجْرِ {١} 1. And olsun dan yerinə;
وَلَيَالٍ عَشْرٍ {٢} 2. And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);
وَالشَّفْعِ وَالْوَتْرِ {٣} 3. And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);
وَاللَّيْلِ إِذَا يَسْرِ {٤} 4. And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِذِي حِجْرٍ {٥} 5. Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ {٦} 6. (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!
إِرَمَ ذَاتِ الْعِمَادِ {٧} 7. Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ {٨} 8. (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ {٩} 9. (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!
وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ {١٠} 10. Eləcə də saysız-hesabsız ordular sahibi Fir´ona?!
الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ {١١} 11. O kəslər ki, məmləkətlərdə tüğyan edir,
فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ {١٢} 12. Oralarda çoxlu fitnə-fəsad törədirlər.
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ {١٣} 13. Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ {١٤} 14. Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ {١٥} 15. İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne´mət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!"-deyər.
وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ {١٦} 16. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!" - söyləyər.
كَلَّا ۖ بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ {١٧} 17. Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).
وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ {١٨} 18. Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.
وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا {١٩} 19. Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).
وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا {٢٠} 20. Mal-dövləti isə lap çox sevirsiniz.
كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا {٢١} 21. Xeyr! Yer dağılıb parça-parça olacağı;
وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا {٢٢} 22. Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ {٢٣} 23. Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün - məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي {٢٤} 24. O: "Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!" - deyəcəkdir.
فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ {٢٥} 25. O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!
وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ {٢٦} 26. (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ {٢٧} 27. (Qiyamət günü Allah-təala mö´min kimsəyə belə buyuracaqdır: ) "Ey (öz imanından, əməlindən və Allahın və´dindən) xatircəm olan kəs! (Və ya: "Ey arxayın nəfs!")
ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً {٢٨} 28. Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!
فَادْخُلِي فِي عِبَادِي {٢٩} 29. (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!
وَادْخُلِي جَنَّتِي {٣٠} 30. (Onlarla birlikdə) Cənnətimə varid ol!"
Al-Qur'an Today @2006