 |
| هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ {١} |
1. (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı? |
| وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ {٢} |
2. (O gün) bir çox üzlər zəlil görkəm alacaq; |
| عَامِلَةٌ نَاصِبَةٌ {٣} |
3. (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq; |
| تَصْلَىٰ نَارًا حَامِيَةً {٤} |
4. Yanar oda girəcəkdir; |
| تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ {٥} |
5. Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir. |
| لَيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِنْ ضَرِيعٍ {٦} |
6. Onların yeməyi (zəhərdən və acı) zəri´dən başqa bir şey olmayacaqdır. |
| لَا يُسْمِنُ وَلَا يُغْنِي مِنْ جُوعٍ {٧} |
7. (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar. |
| وُجُوهٌ يَوْمَئِذٍ نَاعِمَةٌ {٨} |
8. (O gün) bir çox üzlər sevinəcək; |
| لِسَعْيِهَا رَاضِيَةٌ {٩} |
9. (Dünyadakı) zəhmətindən razı qalacaq; |
| فِي جَنَّةٍ عَالِيَةٍ {١٠} |
10. (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq, |
| لَا تَسْمَعُ فِيهَا لَاغِيَةً {١١} |
11. Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir. |
| فِيهَا عَيْنٌ جَارِيَةٌ {١٢} |
12. Orada axar bulaq; |
| فِيهَا سُرُرٌ مَرْفُوعَةٌ {١٣} |
13. Orada uca taxtlar; |
| وَأَكْوَابٌ مَوْضُوعَةٌ {١٤} |
14. (Çeşmələr kənarında) piyalələr; |
| وَنَمَارِقُ مَصْفُوفَةٌ {١٥} |
15. Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar |
| وَزَرَابِيُّ مَبْثُوثَةٌ {١٦} |
16. Və döşənmiş (nəfis) xalılar vardır! |
| أَفَلَا يَنْظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ {١٧} |
17. Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? |
| وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ {١٨} |
18. Göyə (baxmırlar ki) necə ucaldılmışdır? |
| وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ {١٩} |
19. Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? |
| وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ {٢٠} |
20. Və yerə (baxmırlar ki) necə döşədilmişdir? |
| فَذَكِّرْ إِنَّمَا أَنْتَ مُذَكِّرٌ {٢١} |
21. (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! |
| لَسْتَ عَلَيْهِمْ بِمُصَيْطِرٍ {٢٢} |
22. Sən onların üzərində hakim deyilsən! |
| إِلَّا مَنْ تَوَلَّىٰ وَكَفَرَ {٢٣} |
23. Lakin kim (imandan) üz döndərib (Qur´anı) inkar etsə |
| فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ {٢٤} |
24. Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər! |
| إِنَّ إِلَيْنَا إِيَابَهُمْ {٢٥} |
25. Şübhəsiz ki, onların axır dönüşü Bizədir! |
| ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُمْ {٢٦} |
26. Onlarla haqq-hesab çəkmək də Bizə aiddir! |
 |