 |
| هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ {١} |
1. Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı? |
| وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ {٢} |
2. O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, |
| عَامِلَةٌ نَاصِبَةٌ {٣} |
3. üzülüb əldən düşəcək, |
| تَصْلَىٰ نَارًا حَامِيَةً {٤} |
4. çox qızmar oda girəcək, |
| تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ {٥} |
5. qaynar çeşmədən içirdiləcəkdir. |
| لَيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِنْ ضَرِيعٍ {٦} |
6. Onlara daridən başqa bir yemək verilməyəcəkdir. |
| لَا يُسْمِنُ وَلَا يُغْنِي مِنْ جُوعٍ {٧} |
7. O onları nə doydurar, nə də aclıqdan xilas edər. |
| وُجُوهٌ يَوْمَئِذٍ نَاعِمَةٌ {٨} |
8. O gün neçəsinin üzündə fərəh görünəcək, |
| لِسَعْيِهَا رَاضِيَةٌ {٩} |
9. dünyadakı səylərindən məmnun qalacaq, |
| فِي جَنَّةٍ عَالِيَةٍ {١٠} |
10. uca Cənnətdə olacaq, |
| لَا تَسْمَعُ فِيهَا لَاغِيَةً {١١} |
11. orada faydasız söz eşitməyəcəkdir. |
| فِيهَا عَيْنٌ جَارِيَةٌ {١٢} |
12. Orada axar çeşmələr vardır; |
| فِيهَا سُرُرٌ مَرْفُوعَةٌ {١٣} |
13. Orada hündür taxtlar, |
| وَأَكْوَابٌ مَوْضُوعَةٌ {١٤} |
14. düzülmüş piyalələr, |
| وَنَمَارِقُ مَصْفُوفَةٌ {١٥} |
15. yan-yana qoyulmuş yastıqlar, |
| وَزَرَابِيُّ مَبْثُوثَةٌ {١٦} |
16. və döşəmələrə sərilmiş xalçalar vardır. |
| أَفَلَا يَنْظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ {١٧} |
17. Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? |
| وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ {١٨} |
18. Göyün necə yüksəldiyini görmürlər? |
| وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ {١٩} |
19. Dağların necə sancıldığını görmürlər? |
| وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ {٢٠} |
20. Yerin necə döşədildiyini görmürlər? |
| فَذَكِّرْ إِنَّمَا أَنْتَ مُذَكِّرٌ {٢١} |
21. Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. |
| لَسْتَ عَلَيْهِمْ بِمُصَيْطِرٍ {٢٢} |
22. Sən onların üstündə hökmdar deyilsən. |
| إِلَّا مَنْ تَوَلَّىٰ وَكَفَرَ {٢٣} |
23. Lakin üz döndərib küfr edəni, |
| فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ {٢٤} |
24. Allah ən şiddətli əzabla cəzalandırar. |
| إِنَّ إِلَيْنَا إِيَابَهُمْ {٢٥} |
25. Şübhəsiz ki, onların dönüşü Bizədir. |
| ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُمْ {٢٦} |
26. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir. |
 |