سورةالمرسلات {٧٧} 77. AL-MURSALAAT
وَالْمُرْسَلَاتِ عُرْفًا {١} 1. And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
فَالْعَاصِفَاتِ عَصْفًا {٢} 2. And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
وَالنَّاشِرَاتِ نَشْرًا {٣} 3. And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
فَالْفَارِقَاتِ فَرْقًا {٤} 4. And olsun (haqla batili) ayıranlara;
فَالْمُلْقِيَاتِ ذِكْرًا {٥} 5. And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
عُذْرًا أَوْ نُذْرًا {٦} 6. (Mö´minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ {٧} 7. Sizə və´d edilən (qiyamət) mütləq vaqe olacaqdır!
فَإِذَا النُّجُومُ طُمِسَتْ {٨} 8. Ulduzlar sönəcəyi;
وَإِذَا السَّمَاءُ فُرِجَتْ {٩} 9. Göy yarılacağı;
وَإِذَا الْجِبَالُ نُسِفَتْ {١٠} 10. Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
وَإِذَا الرُّسُلُ أُقِّتَتْ {١١} 11. Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
لِأَيِّ يَوْمٍ أُجِّلَتْ {١٢} 12. (Belə soruşulacaqdır: ) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?"
لِيَوْمِ الْفَصْلِ {١٣} 13. (Həmin suala cavab olaraq deyiləcəkdir: ) "(Haqla batili) ayırd ediləcəyi günə qədər!"
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ {١٤} 14. Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {١٥} 15. O gün vay halına (qiyaməti) yalan sayanların!
أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ {١٦} 16. Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ {١٧} 17. Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ {١٨} 18. Biz günahkarlarla belə rəftar edirik.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {١٩} 19. O gün vay halına (qiyaməti) yalan sayanların!
أَلَمْ نَخْلُقْكُمْ مِنْ مَاءٍ مَهِينٍ {٢٠} 20. Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَكِينٍ {٢١} 21. Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
إِلَىٰ قَدَرٍ مَعْلُومٍ {٢٢} 22. Müəyyən bir vaxta qədər.
فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ {٢٣} 23. Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٢٤} 24. O gün vay halına (qiyaməti) yalan sayanların!
أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا {٢٥} 25. Məgər Biz yeri məskən etmədikmi
أَحْيَاءً وَأَمْوَاتًا {٢٦} 26. Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُمْ مَاءً فُرَاتًا {٢٧} 27. Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٢٨} 28. O gün vay halına (bu ne´mətləri) yalan sayanların!
انْطَلِقُوا إِلَىٰ مَا كُنْتُمْ بِهِ تُكَذِّبُونَ {٢٩} 29. (O gün kafirlərə belə deyiləcəkdir: ) "Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
انْطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ {٣٠} 30. Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!"
لَا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ {٣١} 31. O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ {٣٢} 32. O (hər biri) bir saray boyda qığılcımlar saçar.
كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ {٣٣} 33. O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٣٤} 34. O gün vay halına (qiyaməti) yalan sayanların!
هَٰذَا يَوْمُ لَا يَنْطِقُونَ {٣٥} 35. Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ {٣٦} 36. Onlara üzr istəməyə izin də verilməz.
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٣٧} 37. O gün vay halına (qiyaməti) yalan sayanların!
هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ {٣٨} 38. Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
فَإِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ {٣٩} 39. (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٤٠} 40. O gün vay halına (qiyaməti) yalan sayanların!
إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ {٤١} 41. Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ {٤٢} 42. İstədikləri meyvə içində olacaqlar!
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ {٤٣} 43. (Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ {٤٤} 44. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!"
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٤٥} 45. O gün vay halına (qiyaməti) yalan sayanların!
كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُمْ مُجْرِمُونَ {٤٦} 46. (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٤٧} 47. O gün vay halına (qiyaməti) yalan sayanların!
وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ {٤٨} 48. Onlara: "Namaz qılın!" - deyildiyi zaman namaz qılmazlar!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٤٩} 49. O gün vay halına (qiyaməti) yalan sayanların!
فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ {٥٠} 50. (Bu kafirlər) ona da (Qur´ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
Al-Qur'an Today @2006