 |
| أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ {١} |
1. (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə´bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?! |
| أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ {٢} |
2. Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! |
| وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ {٣} |
3. Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi. |
| تَرْمِيهِمْ بِحِجَارَةٍ مِنْ سِجِّيلٍ {٤} |
4. (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı. |
| فَجَعَلَهُمْ كَعَصْفٍ مَأْكُولٍ {٥} |
5. (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi! |
 |