سورةالفيل {١٠٥} 105. AL-FIIL
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ {١} 1. Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?
أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ {٢} 2. Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?
وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ {٣} 3. Onların üzərinə qatar-qatar quşlar göndərdi.
تَرْمِيهِمْ بِحِجَارَةٍ مِنْ سِجِّيلٍ {٤} 4. O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.
فَجَعَلَهُمْ كَعَصْفٍ مَأْكُولٍ {٥} 5. Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.
Al-Qur'an Today @2006