 |
| أَلْهَاكُمُ التَّكَاثُرُ {١} |
1. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, |
| حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ {٢} |
2. gömülməklə qəbirləri ziyarət etdiniz. |
| كَلَّا سَوْفَ تَعْلَمُونَ {٣} |
3. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz! |
| ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ {٤} |
4. Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz! |
| كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ {٥} |
5. Xeyr! Kaş ki, yəqin biləydiniz. |
| لَتَرَوُنَّ الْجَحِيمَ {٦} |
6. Siz Cəhənnəmi mütləq görəcəksiniz! |
| ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ {٧} |
7. Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz! |
| ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ {٨} |
8. Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız. |
 |