سورةالقارعة {١٠١} 101. AL-QAARI´AH
الْقَارِعَةُ {١} 1. Qəlbləri Qorxuya salan!
مَا الْقَارِعَةُ {٢} 2. Qəlbləri Qorxuya salan nədir?
وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ {٣} 3. Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?
يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ {٤} 4. O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ {٥} 5. Dağlar isə didilmiş yun görkəmi alacaqdır.
فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ {٦} 6. O gün kimin tərəziləri ağır gələrsə
فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ {٧} 7. xoşbəxt güzəran sürəcək.
وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ {٨} 8. Kimin tərəziləri yüngül gələrsə,
فَأُمُّهُ هَاوِيَةٌ {٩} 9. məskəni Haviyə olacaqdır.
وَمَا أَدْرَاكَ مَا هِيَهْ {١٠} 10. Sən haradan biləsən ki, o nədir?
نَارٌ حَامِيَةٌ {١١} 11. O, çox qızmar bir oddur!
Al-Qur'an Today @2006